Xəbərlər

İsrailin hücumundan sonra 110 min insan Rəfahı tərk edib

İsrailin əməliyyatları fonunda 110 minə yaxın insan Qəzza zolağının cənubundakı Rəfahı tərk edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə UNRWA məlumat yayıb.

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məlumatına görə, İsrailin əməliyyatları fonunda Qəzza zolağının cənubundakı Rəfah şəhərini təxminən 110 min insan tərk etmək məcburiyyətində qalıb.

“İsrail Qüvvələrinin Rəfahda bombardmanları gücləndikcə, məcburi köç davam edir. Hesablamalara görə, hazırda təxminən 110 min insan təhlükəsizlik üçün Rəfahı tərk edib. Qəzza zolağında heç bir yer təhlükəsiz deyil və yaşayış şəraiti çətinləşib”, – məlumatda qeyd edilib.