Xəbərlər

İsveç Ukraynaya 1,3 milyon dollar dəyərində tibbi avadanlıq göndərib

İsveç Ukraynaya 14 milyon kron (1,3 milyon dollar) dəyərində tibbi avadanlıq paketi göndərib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsveç Sosial Təminat İdarəsi məlumat yayıb.

“Ukraynada səhiyyə böyük gərginlik altındadır və tibbi avadanlıqlara ehtiyac böyükdür”, – məlumatda qeyd edilib.

İsveç 2022-ci ilin fevralından bəri yeddinci dəfə Ukraynaya tibbi avadanlıq göndərib. Bu yardımların ümumi dəyəri 60 milyon kron (5,6 milyon dollar) təşkil edir.