Xəbərlər

İsveç: Ukraynaya dəstək əsas xarici siyasət prioritetimizdir

“Ukraynaya dəstək İsveç hökuməti üçün xarici siyasətin əsas prioritetidir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsveç Nazirlər Kabinetinin qəbul etdiyi xarici siyasət bəyannaməsində qeyd olunub.

“Ukraynaya dəstək hökumətin əsas xarici siyasət prioritetidir. İsveçin münaqişə başlayandan bəri Ukraynaya ümumi dəstəyi təxminən 70 milyard kron (6,44 milyard dollar) təşkil edir və İsveç lazım olduğu müddətcə siyasi, humanitar, hərbi və iqtisadi baxımdan Ukraynaya dəstəyini davam etdirəcək”, – məlumatda bildirilib.