Xəbərlər

İtaliya G7 sammitindən əvvəl Ukraynaya hərbi yardım göndərəcək

“İtaliya iyunun 13-15-də Apuliyada keçiriləcək G7 sammitindən öncə Ukraynaya daha bir hərbi yardım paketi təqdim edəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İtaliya rəsmilərinə istinadən “La Repubblica” məlumat yayıb.

Məlumata görə, İtaliyanın 9-cu olan Kiyevə yardım paketinə Fransa ilə birgə istehsal olunan SAMP-T havadan müdafiə sisteminin çatdırılması daxil olacaq.

Qeyd edək ki, yanvar ayında İtaliya parlamenti Ukraynaya hərbi də daxil olmaqla daha çox yardımın uzadılmasına səs verib. Fevralın sonunda isə Ukrayna prezidenti Volodimir Zelenski və İtaliyanın baş naziri Giorgia Meloni ikitərəfli təhlükəsizlik haqqında saziş imzalayıblar.