Xəbərlər

Kallas: Aİ-nin dəstəyi olmadan ABŞ-Rusiya razılaşmaları nəticə verməyəcək

“ABŞ və Rusiya arasında sülh sazişləri Avropa İttifaqı (Aİ) və Ukrayna tərəfindən dəstəklənməyənə qədər nəticə verməyəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ-nin xarici işlər nazirlərinin görüşündə bildirib.

“Avropa və Ukrayna da bu razılaşmalara razı olmalıdır, əks halda bu razılaşmalar heç bir nəticə verməyəcək”, – o vurğulayıb.