“Avropa İttifaqı (Aİ) üçüncü dünya ölkələrində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yerini qismən də olsa, tutmaq niyyətindədir, buna görə də əsas diqqəti “demokratiyanın təşviqi” layihələrinə yönəldir”.
“Füyuzat”ın məlumatına görə, bunu Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas Aİ İnkişaf Şurasının iclasına gələrkən deyib.
“Nazirlər USAID-in “demokratik inkişaflar” üçün yardımının dayadırılmasının nəticələrini və Aİ-nin hara daxil ola biləcəyini müzakirə edəcəklər. ABŞ-ın geridə qoyduğu boşluğu doldura bilməyəcəyik, lakin diqqətimizi Avropa prioritetlərinə – media azadlığı, insan haqları və demokratiyaya yönəldəcəyik”, – Kallas əalvə edib.