“Avropa İttifaqı (Aİ) 2022-ci ilin fevralından Ukraynaya 134 milyard avro dəyərində yardım ayırıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
“Biz Ukraynaya yardımın azaldılmasından danışa bilmərik, əksinə yardımı daha da artırmalıyıq. Ukrayna Aİ-nin əsas prioriteti olmalıdır”, – Kallas qeyd edib.