“Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri bu gün Ukraynaya yeni hərbi yardım paketini təqdim etməyə hazırlaşır və bu paketə sursat tədarükü də daxildir”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib.
“Biz Rusiyaya qarşı 16-cı sanksiyalar paketini müzakirə edirik və ümid edirəm ki, bunu qəbul edəcəyik. Biz həmçinin Ukraynanı qısa müddətdə silah-sursatla təmin etmək üçün yeni müdafiə təşəbbüsləri irəli sürürük”, – o qeyd edib.