Xəbərlər

Kallas: Bəzi Aİ ölkələri Rusiyanın aktivlərindən Ukrayna üçün istifadənin qəti əleyhinədir

“Bəzi Avropa İttifaqı (Aİ) ölkələri Qərbdə dondurulmuş Rusiya aktivlərinin Ukraynanın ehtiyacları üçün istifadəsinə qəti şəkildə qarşıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas müsahibəsində bildirib.

“Rusiyanın dondurulmuş aktivlərinə gəlincə, biz 27 iştirakçı ölkə ilə müzakirələr aparırıq. Biz hazırlaşırıq, çünki bəzi risklər var və onları minimuma endirmək yollarını tapmalıyıq. Bundan əlavə, bəzi ölkələr bunun qəti əleyhinədir. Mən ad çəkə bilmərəm, hər şeyi mediada oxuya bilərsiniz və bunu öyrənmək çətin olmayacaq”, – Avropa diplomatiyasının rəhbəri əlavə edib.