Xəbərlər

Kallas Ermənistana səfər edəcək

“Avropa diplomatiyasının rəhbəri Kaya Kallas yaxın həftələrdə Ermənistana səfər edəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Avropaya inteqrasiya üzrə parlament komissiyasının növbədənkənar iclasında deyib.

“Ermənistan və Avropa İttifaqı (Aİ) yeni əməkdaşlıq gündəliyinin imzalanması üçün danışıqlar aparır. Lakin hansısa proqramlar haqqında danışmaq hələ tezdir”, – Hovhannisyan qeyd edib.

Səfərin təfərrüatları haqqında məlumat verilməyib.