“Hörmüz boğazının İran tərəfindən bağlanması böyük təhlükə olacaq, ona görə də Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri münaqişənin diplomatik yolla həlli imkanlarını müzakirə edəcəklər”.
“Füyuzat”ın məlumatına görə, bunu Aİ-nin xarici işlər nazirlərinin görüşünə gələrkən Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas deyib.
“Aİ xarici işlər nazirləri diqqətlərini diplomatik həll yoluna yönəldiblər. Onlar xüsusilə eskalasiya təhlükəsindən narahatdırlar, bunun nəticələri çox böyük ola bilər, xüsusən də İran tərəfindən Hörmüz boğazının bağlanması böyük təhlükədən xəbər verir və bu heç kim üçün yaxşı olmaz”, – Kallas əlavə edib.