Xəbərlər

Kallas: NATO Trampın müddətli prezidentlik dövründə də normal fəaliyyət göstərəcək

“NATO-nun ABŞ lideri Donald Trampın müddətli prezidentlik müddətindən də “üzüağ çıxacağına” əminəm”.

“Füyuzat”ın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

Diplomat İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində bildirib ki, NATO güclü ittifaqdır və təşkilat Trampın səlahiyyət müddətində də normal fəaliyyət göstərəcək.

ABŞ-ın tarifləri elan etməsi fonunda ticarət müharibəsinə gəlincə, Kallas hesab edir ki, Trampla münasibətlərdə balans lazımdır: “Əgər ABŞ müttəfiqləri ilə ticarət müharibəsinə başlasa, Çin bundan həqiqətən faydalanacaq”.

Onun sözlərinə görə, Brüssel indi Amerika tərəfi ilə razılığa gəlməyə çalışır.