Xəbərlər

KCNA: ABŞ-ın Şimali Koreyaya düşmən münasibəti dəyişməyib

Şimali Koreya hakimiyyəti ABŞ dövlət katibi Marko Rubionun “qanunsuz dövlət” ifadəsini işlətməsini tənqid edib və ölkənin ABŞ-ın istənilən təxribatına cavab verəcəyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

“ABŞ-ın xarici siyasətinə cavabdeh olan şəxsin düşməncəsinə sözləri və hərəkətləri ABŞ-ın Şimali Koreyaya qarşı dəyişməz düşmənçilik siyasətini bir daha təsdiqləyir. Biz Şimali Koreyaya qarşı həmişə düşmən mövqedə olan və bundan sonra da olacaq ABŞ-ın heç bir təxribatına dözməyəcəyik, həmişə olduğu kimi sərt əks addım atacağıq”, – məlumatda bildirilib.