Xəbərlər

KİV: Abbas və Blinken Qəzzadakı vəziyyətlə bağlı danışıqlara başlayıblar

Fələstin Dövlətinin prezidenti Mahmud Abbas İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərindəki iqamətgahında ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, danışıqlar Qəzza zolağındakı vəziyyət və İordan çayının qərb sahilində vəziyyətin gərginləşməsinə yönəlib.

Qeyd edək ki, ABŞ dövlət katibi İsrail rəhbərliyi ilə keçirdiyi bir sıra görüşlərdən sonra Ramallaha gəlib. Hazırda Blinken bir sıra Yaxın Şərq ölkələrində səfərdədir və Qəzzada münaqişə tərəfləri üçün məqbul həll variantları tapmağa çalışır.