“Vaşinqton Kanadada keçirilən Yeddilik (G7) ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşünün yekunlarına dair bəyanatda Ukraynaya əlavə dəstək haqqında bəndin daxil edilməsinə qarşıdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
“ABŞ Ukraynada Rusiya tərəfindən aparılan hərbi əməliyyatın sənəddə qanunsuz adlandırılmasının əleyhinədir”, – nəşr bildirib.