Xəbərlər

KİV: ABŞ Kiyevə 50 milyon dollar dəyərində silah satacaq

“ABŞ Ukrayna ilə təbii sərvətlərlə bağlı müqavilə imzaladıqdan sonra Kiyevə 50 milyon dollar dəyərində silah satmaq niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Kyiv Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Verilən məlumata görə, çatdırılma birbaşa satış yolu ilə həyata keçiriləcək.

Qeyd edək ki, bu, Donald Trampın ABŞ prezidenti kimi fəaliyyətə başlamasından sonra belə bir əməliyyat üçün ilk icazəsidir.