“ABŞ federal hakimiyyət orqanları həftədə üç şəhərdə qeyri-qanuni miqrantlara qarşı genişmiqyaslı reydlər keçirməyi planlaşdırır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.
Verilən məlumata görə, əməliyyatın aparılacağı növbəti şəhər Aurora (Kolorado) olacaq.
Qeyd edək ki, Gömrük və Sərhəd Mühafizəsi (ICE) əməkdaşları bazar günü əməliyyatın başladığı Çikaqoda və Nyu-Yorkda həbslər həyata keçirib.