“Birləşmiş Ştatlar Suriyadakı iki hərbi bazasını bağlayıb, digərini isə ölkədəki hərbi mövcudluğunun azaldılması çərçivəsində Suriya Demokratik Qüvvələrinə (SDQ) verib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
“500-ə yaxın Amerika əsgəri Suriyadan çıxarılıb. Ölkədə yerləşən iki hərbi baza bağlanıb, biri isə Suriya Demokratik Qüvvələrinə təhvil verilib. Amerika qoşunlarının Suriyadakı hərəkətləri təhlükəsizlik baxımından yaxşı düşünülmüşdür”, – məlumatda bildirilib.