Xəbərlər

KİV: ABŞ Suriyaya humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətləri yüngülləşdirəcək

“ABŞ Suriyaya humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətləri yumşaltmaq niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

“ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası öz qərarını yanvarın 6-da açıqlamaq niyyətindədir. Vaşinqton yeni hakimiyyətin ölkəyə hansı istiqamət verdiyini başa düşməyincə, anti-Suriya sanksiyalarını ləğv etmək fikrində deyil”, – məlumatda bildirilib.

Qeyd edilib ki, Suriyaya humanitar yardım göstərənlər üçün məhdudiyyətlərin yumşaldılmasının altı ay davam edəcəyi gözlənilir.