Xəbərlər

KİV: Aİ 2 milyon artilleriya mərmisi istehsal etmək niyyətindədir

“Avropa Komissiyası 2025-ci ildə həm Kiyevə tədarük üçün, həm də öz ehtiyatlarını artırmaq üçün Avropa İttifaqı (Aİ) ölkələri sərhədlərində mərmi istehsalını 2 milyona çatdırmaq niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bunu Aİ-nin müdafiə komissarı Andrius Kubilius Brüsseldə Avropa Müdafiə Agentliyinin illik konfransında çıxışı zamanı deyib.

“Ukrayna üçün çox ehtiyac duyulan artilleriya mərmilərinin istehsalını 2023-cü ildə istehsal olunan 300 min ədəddən 2025-ci ildə 2 milyona çatdıracağıq”, – o, qeyd edib.