Xəbərlər

KİV: Aİ Estoniyaya 19,4 milyon avro ayırıb

Avropa Komissiyası (AK) Estoniya-Rusiya sərhədində nəzarət tədbirlərini gücləndirmək üçün Estoniyaya 19,4 milyon avro dəyərində vəsait ayırmağa qərar verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “ERR” milli dövlət televiziya və radio portalı məlumat yayıb.

“Vəsait elektron müşahidə avadanlığının modernləşdirilməsinə, telekommunikasiya şəbəkələrinin təkmilləşdirilməsinə və dron hücumlarının aşkarlanmasına sərf olunacaq. Estoniyadan başqa, Polşa (52 milyon avro), Finlandiya (50 milyon avro), Latviya (17 milyon avro), Norveç (16,4 milyon avro) və Litva (15,4 milyon avro) Aİ-dən maliyyə vəsaiti alacaq”, – məlumatda bildirilib.