“Fevralın 3-də Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) qeyri-rəsmi sammiti Danimarkanın suverenliyinin ABŞ tərəfindən mümkün pozulmasının qarşısının alınması yollarının müzakirəsinə həsr olunub”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” nəşri məlumat yayıb.
“Görüşdə Aİ ölkələrinin dövlət başçıları ABŞ prezidenti Donald Trampı Danimarkanı işğal etmək fikrindən döndərmək və Avropa mallarına idxal rüsumları tətbiq etməkdən çəkindirmək üçün yol axtarırdılar”, – məlumatda bildirilib.
“Bizə qarşı ədalətsiz və ya özbaşına addımlar atıldıqda, Aİ qəti şəkildə cavab verəcək”, – nəşr həmçinin Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin sözlərindən sitat gətirib.