“Bəzi ölkələrin liderləri və Avropa siyasətçiləri təhlükəsizlik zəmanətlərini müzakirə etmək və Ukrayna prezidenti Volodimir Zelenskiyə dəstək üçün fevralın 24-də Kiyevə səfər edəcəklər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” məlumat yayıb.
Qeyd edək ki, İspaniyanın Baş naziri Pedro Sançes, eləcə də Avropa Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen sözügedən səfəri planlaşdırdıqlarını artıq açıqlayıblar.
Verilən məlumata görə, Latviya, Litva, Malta və Kanada liderləri ya şəxsən, ya da onlayn olaraq görüşə qoşulacaqlar.