“Birləşmiş Millətlər Təşkilatı köklü restrukturizasiyanı, əsas bölmələri birləşdirməyi və resursların yenidən bölüşdürülməsini nəzərdən keçirir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” agentliyi BMT-nin baş katibi Antonio Quterreşin işçi qrupu tərəfindən hazırlanmış altı səhifəlik məxfi memoranduma istinadən məlumat yayıb.
“Sənəd onlarla agentliyin dörd əsas sahə üzrə birləşdirilməsini təklif edir: sülh və təhlükəsizlik, humanitar məsələlər, davamlı inkişaf və insan hüquqları. Xüsusi tədbirlərə Ümumdünya Ərzaq Proqramı (ÜƏP), UNICEF, ÜST və Qaçqınlar üzrə Ali Komissarlığın (QAK) əməliyyat strukturlarının vahid humanitar qurumda birləşdirilməsi daxildir. İslahat həmçinin bir-birini təkrarlayan funksiyaların ixtisar edilməsini və işçilərin bir hissəsinin Cenevrə və Nyu-Yorkdan digər şəhərlərə köçürülməsi də daxil olmaqla işçilərin rasionallaşdırılmasını əhatə edir”, – məlumatda bildirilib.