“ABŞ-ın Ukraynadakı münaqişəyə son qoymaq cəhdləri indiyədək konkret nəticə vermədiyi üçün, Braziliya prezidenti Luis İnasiu Lula da Silvanın administrasiyası Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda vasitəçi kimi çıxış etmək istəyir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Braziliya mətbuatı Cənubi Amerika Respublikası hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
“Braziliya prezidentinin Qələbə günü ilə bağlı tədbirdə iştirak etmək üçün Moskvaya gözlənilən səfəri zamanı Braziliyanın xarici siyasətinin müstəqilliyi ümayiş etdirilməlidir. Dövlət başçısı Rusiya tərəfinə Ukraynadakı vəziyyəti həll etmək üçün Braziliya diplomatiyasının imkanlarını da təklif edə bilər”, – məlumatda qeyd olunub.