“Böyük Britaniya hökuməti ABŞ-ın alyans qarşısındakı öhdəliyi ilə bağlı şübhələr fonunda NATO-nun nüvə təhlükəsinin qarşısının alınması strategiyasında daha aktiv rol almaq niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” məlumat yayıb.
“Britaniya hakimiyyət orqanları Londonun NATO-nun nüvə proqramına töhfəsini artırmaq planlarına uyğun olaraq, nüvə silahı daşıya bilən qırıcıların qəbulu imkanlarını nəzərdən keçirir”, – məlumatda bildirilib.