Xəbərlər

KİV: Çin Filippinlə gərginliyi artırıb

“Çin Sahil Mühafizəsi öz bayrağını Cənubi Çin dənizində Filippinin əsas hərbi bazası yaxınlığındakı mübahisəli qaya üzərində qaldıraraq Pekin və Manila arasında onsuz da yüksək olan gərginliyi daha da artırıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Çin mediası bu addımın ölkənin ada üzərində hakimiyyət qurmaq məqsədi ilə edildiyini açıqlayıb, Filippin tərəfindən isə hələlik rəsmi açıqlama gəlməyib.

Qeyd edək ki, Filippin qüvvələrinin uzun müddətdir əlində saxladığı Titu adası yaxınlığında yerləşən Paq-asa adası adlanan bu kiçik çimərlik strateji əhəmiyyəti ilə diqqət çəkir.