“Çin Pekin yaxınlığında Pentaqondan 10 dəfə böyük olacaq hərbi komandanlıq mərkəzi tikir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
“Pekindən 30 km cənub-qərbdə xüsusi ayrılmış 6 kvadrat kilometrdən çox ərazi var. Yəqin ki, yeni tikiləcək komandanlığın mərkəzi orada yerləşəcək və bu Pentaqonun ölçüsündən 10 dəfə böyük olacaq. Hərbi mərkəzin yaradılmasında məqsəd münaqişələrin kəskinləşməsi halında Çinin ali rəhbərliyinin təhlükəsizliyini təmin etməkdir”, – məlumatda bildirilib.