Xəbərlər

KİV: Dövlət Departamenti 130-dan çox qurumu və 700-dən çox vəzifəni ixtisar edəcək

“Dövlət Departamentində aparılan yenidənqurma 130-a yaxın departamentinin bağlanması və ən azı 700 vəzifənin ləğvi ilə nəticələnəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” agentliyi xarici siyasət departamentində islahatların ilkin planlarını özündə əks etdirən sənədə istinadən məlumat yayıb.

“Senat və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitələrinə təqdim edilən sənəddə Dövlət Departamentinin 132 bürosunun, departamentinin və proqramlarının ləğvi ilə bağlı müddəalar var; 732 vəzifə ixtisar ediləcək, bir çoxu başqa şöbələrə köçürüləcək və ya yenidən təşkil ediləcək”, – məlumatda bildirilib.