“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 gün ərzində Dəməşqə səfər edə bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
“Ərdoğanın Suriyanın paytaxtında qonşu ölkənin yeni hakimiyyət orqanları ilə, xüsusən onların lideri Əhməd əl-Şəra ilə görüşü planlaşdırılır. Ərdoğanın Suriyaya uçuşu zamanı Hama, Homs və İdlib xətti boyunca türk radarları işə salınacaq və fövqəladə hava dəhlizi yaradılacaq”, – məlumatda bildirilib.