Xəbərlər

KİV: G7 Rusiyaya qarşı sanksiyalar məsələsində ortaq məxrəcə gələ bilməyib

Kanadanın Kvebek əyalətində keçirilən Yeddilik Qrupu (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunu üzrə kommünike layihəsində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin mümkünlüyü qeyd edilməyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, sənəd ABŞ-ın sülh səylərini dəstəkləyib və Rusiyanı Ukraynada 30 günlük atəşkəsə şərtsiz razılıq verməyə çağırıb.

Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Kaya Kallas agentliyə müsahibəsində, “əgər kommünikenin mətni ilə bağlı razılığa gələ bilməsək, bu, fikir ayrılıqlarını artıracaq. Bu, heç bir G7 ölkəsinin maraqlarına uyğun deyil”, – deyə bildirib.