Xəbərlər

KİV: HƏMAS lideri aprelin 20-də Türkiyəyə səfər edəcək

HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə aprelin 20-də İstanbula gələcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə NTV telekanalı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana istinadən məlumat yayıb.

Məlumata görə, Ərdoğan Haniyəni danışıqların aparılacağı İstanbuldakı Dolmabaxça iqamətgahında qəbul edəcək.

Bundan əlavə, Misirin xarici işlər naziri Sameh Şükri Fələstin-İsrail münaqişəsinin həlli perspektivlərini və ikitərəfli münasibətləri müzakirə etmək üçün bu həftənin sonunda Türkiyəyə səfər etməyi planlaşdırır.

TRT telekanalının diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Şükri ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında danışıqlar planlaşdırılır.