HƏMAS hərəkatı Qəzza zolağındakı tibb müəssisələrinin beynəlxalq mühafizəsini tələb edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“Biz İsrail tərəfindən işğalın hərbi məqsədlər üçün istifadəsi ilə bağlı yalan iddialarını təkzib etmək məqsədilə BMT müşahidəçilərinin Qəzza xəstəxanalarına göndərilməsini tələb edirik. İsrail tibb müəssisələrinin sistematik şəkildə məhv edilməsi görə məsuliyyət daşıyır”, – məlumatda bildirilib.