Xəbərlər

KİV: Hindistan Hərbi Hava Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib

“Hindistan Hərbi Hava Qüvvələri (IAF) Pakistanla sərhəddə yüksək hazırlıq vəziyyətinə gətirilib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Times of India” qəzeti Hərbi Hava Qüvvələri Komandanlığındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Hindistan hərbi aerodromlarında aviasiyanın döyüş hazırlığı mayın 5-nə keçən gecə Pakistan qoşunlarının Kəşmirdə bütün nəzarət xətti boyunca səkkiz sektoru atəşə tutması ilə əlaqədar artırılıb.