Xəbərlər

KİV: Humanitar yardım aparan 900-ə yaxın yük maşını Qəzzaya çatıb

İsrailin anklavın şimal hissəsini mühasirəyə alması səbəbindən son aylarda ciddi ərzaq çatışmazlığı ilə üzləşən Qəzza zolağına humanitar yardım daşıyan 900 yük maşını gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) hesabatına istinadən məlumat yayıb.

Qeyd edək ki, iki həftə əvvəl OCHA xəbərdarlıq etmişdi ki, Qəzza zolağında aclıq başlayır, Fələstin anklavına girişə qoyulan məhdudiyyətlərin səbəb olduğu ərzaq çatışmazlığı səbəbindən vəziyyət pisləşməkdə davam edir.