Xəbərlər

KİV: İran ABŞ ilə gərginliyi azaltmaq istəyir

“Tehran beynəlxalq arenada ritorikasını kəskin şəkildə dəyişib və respublikaçı Donald Trampın ABŞ seçkilərində qalib gəlməsindən sonra Vaşinqtonla münasibətlərdə gərginliyin dərəcəsini azaltmağa çalışır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.

“İran cəmi bir neçə həftə ərzində sərt bəyanatlardan imtina edib, onları daha sülhpərvər ifadələrlə əvəz edib. Bu həm ölkə daxilində, həm də xaricdə baş verən proseslərlə bağlıdır. Tehranın öz yanaşmasına yenidən baxmaq qərarı həm də Trampın 5 noyabr seçkilərində qələbəsi ilə bağlıdır. İranın siyasətinə iqtisadi böhran, Tehranın ən yaxın və mühüm hərbi müttəfiqi olan Hizbullahın zəifləməsi də təsir edib”, – məlumatda bildirilib.