Xəbərlər

KİV: İran İsraillə əməkdaşlıqda şübhəli bilinən 700 nəfəri saxlayıb

İyunun 13-də İsraillə silahlı münaqişə başlayandan bəri İranın hüquq-mühafizə orqanları İsrail kəşfiyyat xidmətlərində işləmək şübhəsi ilə azı 700 nəfəri saxlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, ən çox həbslər Kirmanşah, İsfahan, Xuzistan, Fars və Lorestan əyalətlərində qeydə alınıb.