Xəbərlər

KİV: İran və İsrail arasında atəşkəs razılaşması qüvvəyə minib

İran və İsrail arasında atəşkəs razılaşması qüvvəyə minib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Press TV” telekanalı məlumat yayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi ki, İsrail və İran atəşkəsin elanından təxminən altı saat sonra, Bakı vaxtı ilə saat 08:00 radələrində atəşkəs sazişinin icrasına başlamaq üçün tam razılaşıblar.

“Atəşi ilk kəsən Tehran olacaq, İsrail 12 saat ərzində dayanacaq və 24-cü saatda dünya 12 günlük müharibənin bitməsini qeyd edəcək”, – Tramp bildirib.