“İsrail və Suriya 2025-ci ilin sonuna kimi bir neçə hərbi saziş imzalayacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Agence France-Presse” (AFP) Suriya Xarici İşlər Nazirliyindəki (XİN) mənbəyə istinadən məlumat yayıb.
“İsraillə danışıqlarda irəliləyiş əldə edilir. İlin sonuna qədər bir sıra razılaşmalar əldə olunacaq, ilk növbədə isə hərbi və təhlükəsizlik sahəsində”, – məlumatda qeyd olunub.



