İsrailin Qəzza zolağının cənubuna endirdiyi hava zərbələri nəticəsində daha 17 fələstinli həlak olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Verilən məlumata görə, Xan Yunisin mərkəzi hissəsinin atəşə tutulması zamanı azı 14 nəfər həlak olub. Onun şərq və qərb ətraflarında yerləşən qaçqın çadırlarına endirilən hava zərbələri nəticəsində isə biri uşaq olmaqla daha üç nəfər həyatını itirib.