Hindistanın Baş naziri Narendra Modi gələn həftə Xorvatiya, Norveç və Hollandiyaya planlaşdırılan səfərini ləğv edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “News18” telekanalı hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Verilən məlumata görə, Baş nazirin səfərinin ləğvinin rəsmi səbəbləri açıqlanmasa da, qərar Hindistanın Pakistandakı hədəflərə raket zərbələri endirməsindən sonra regional gərginliyin artdığı bir dövrdə verilib.