“İsrailin Baş naziri Benyamin Netanyahu hökumətə gizli şəkildə girovların azad edilməsi ilə bağlı razılaşmanın birinci mərhələsi başa çatdıqdan sonra Qəzza zolağında müharibəni davam etdirəcəyinə söz verib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Washington Post” anonim mənbələrə istinadən məlumat yayıb.
“Netanyahu ifrat sağçı müttəfiqlərinə müqavilənin birinci mərhələsindən sonra müharibənin yenidən başlaya biləcəyini vəd edib ki, bu müddət ərzində HƏMAS hərəkatı mindən çox fələstinli məhbusun əvəzində 33 girovu azad edəcək”, – məlumatda bildirilib.