Xəbərlər

KİV: Netanyahunun rəhbərlik etdiyi Müharibə Kabineti dağılmaq üzrədir

“Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi Müharibə Kabineti dağılmaq üzrədir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrailin “Jerusalem Post” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Netanyahu ilə Müharibə Kabinetinin üzvləri arasında fikir ayrılıqları getdikcə artıb.

Xəbərdə, “Sual artıq seçkinin 2024-cü ildə olub-olmayacağı deyil, 2024-cü ildə nə vaxt keçiriləcəyidir” deyə bildirilib.

“Oktyabrın 7-dən sonra İsraildə Müharibə Kabineti yaradılıb. Bu kabinetə keçmiş müdafiə naziri və əsas müxalifət lideri Benni Qantz, eləcə də əsasən hərbi sahədən adlar daxildir”, – məlumatda əlavə edilib.

Sonda məlumatda qeyd olunub: “Döyüş Kabinetinin buraxılması ölkədəki koalisiya hökumətinin dağılması demək deyil, lakin bu inkişafın Netanyahu hökumətinə erkən seçkilər üçün təzyiqi artıracağı düşünülür”.