Xəbərlər

KİV: Orban və Tramp arasında telefon danışığı olub, Ukrayna müzakirə edilib

“Macarıstanın Baş naziri Viktor Orban ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Tərəflər Ukraynadakı münaqişənin həlli yollarını müzakirə edib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Index” internet nəşri Amerikanın Budapeştdəki səfirliyindəki mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin sözlərinə görə, Orbanın Trampla söhbəti bazar günü axşam baş tutub. Hələlik tərəflər bu barədə rəsmi açıqlama verməyiblər.

Qeyd edilib ki, söhbət Trampın fevralın 28-də Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən sonra baş verib. Televiziya vasitəsilə canlı yayımlanan həmin görüşün iştirakçıları arasında mübahisə yaranıb və kütləvi davaya çevrilib, bundan sonra Zelenski Ağ Evi tərk edib.