Terror təşkilatı PKK-nın 50 nəfərlik ilk qruplaşması 10 gün ərzində Şimali İraqın Dahuk şəhərində silahlarını yerə qoyacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
“Terrorçular tərəfindən silahların təhvil verilməsi Türkiyə, İraqın mərkəzi orqanları və İraq Kürdüstanı administrasiyasının nümayəndələrinin nəzarəti altında baş tutacaq. Tərksilah prosesi digər ölkələrin və BMT nümayəndələrinin iştirakı olmadan həyata keçiriləcək. Onların bütün düşərgələri sonradan İraq hakimiyyətinin nəzarətinə keçəcək”, – məlumatda bildirilib.