“Qəzza zolağının xəstəxanalarında ağrıkəsici qalmayıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə”telekanalı məlumat yayıb.
Verilən məlumata görə, Fələstin anklavındakı xəstəxanaların həkimləri ağrıkəsici olmadığı üçün insanlara lazımi tibbi yardım göstərə və yaralıları müalicə edə bilmirlər.
Qeyd edək ki, bundan əvvəl Qəzza zolağında Fələstinin Səhiyyə Nazirliyi ciddi dərman və qan çatışmazlığı barədə məlumat verərək qeyd etmişdi ki, dərman çatışmazlığı İsrailin Qəzzaya humanitar yardım göndərilməsini qadağan etməsi ilə bağlıdır.