Xəbərlər

KİV: Qəzzada 15 aydan sonra ilk dəfə dövlət məktəbi açılıb

Son 15 ayda ilk dəfə olaraq Qəzzada 300-dən çox şagirdin təhsil aldığı ümumtəhsil məktəbi açılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında Fələstin-İsrail qarşıdurmasının kəskinləşməsi zamanı İsrailin hava hücumları nəticəsində mühasirəyə alınmış anklavdakı məktəblərin əksəriyyəti dağıdılıb, uşaqlı ailələrin çoxu evlərini tərk edərək qaçqın vəziyyətinə düşüb.