İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində bazar ertəsi səhər saatlarından etibarən ölənlərin sayı 59 nəfər artıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı Fələstinin tibbi mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, 2023-cü ilin oktyabr ayından bu yana 50 min 752 nəfər həyatını itirib, 115 min 475 nəfər isə yaralanıb.