“ABŞ dövlət katibi Marko Rubio fevralın ortalarında Yaxın Şərq ölkələrinə işgüzar səfər etmək niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
“Dövlət katibinin fevralın 14-də başlayacaq Münxen Təhlükəsizlik Konfransında iştirak edəcəyi, daha sonra isə Yaxın Şərq ölkələrinə – İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər ölkələrə səfər edəcəyi gözlənilir. Rubionun İordan çayının qərb sahilinə səfər edib-etməyəcəyi və Fələstin muxtariyyəti liderləri ilə görüşəcəyi hələ bəlli deyil”, – məlumatda bildirilib.