Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışı olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə “WAM” xəbər agentliyi məlumat yayıb.
“Tərəflər Suriya və Livandakı vəziyyəti müzakirə ediblər. Nazirlər qarşılıqlı maraq əsasında iki dost ölkə arasında strateji münasibətlərə və hərtərəfli tərəfdaşlığa aid bir sıra məsələlərə də toxunublar”, – məlumatda bildirilib.